Balçı

Balçı "Balçı" 100% təbii arı məhsulları istehsalıçısıdır

13/05/2026

Arıçının gündəliyi 🐝

👨‍🍳Şokoladlı-fındıqlı krem bal haqqında mütəxəssis rəyi maraqlı idi. Peşəkar olsun, fikrini birbaşa desin. Belə bir şəxs...
10/05/2026

👨‍🍳Şokoladlı-fındıqlı krem bal haqqında mütəxəssis rəyi maraqlı idi. Peşəkar olsun, fikrini birbaşa desin. Belə bir şəxslə tanış oldum. Tərkibini, faizləri dedim. Hər şeyin əla olduğunu, ideal tərkibə malik qida olduğunu bildirdi. Məhsul yenidən satışdadır.

🍫Ad və görüntü sənə nəsə deyə bilər. Amma hər şeyi yox. Hamısı üçün bu məhsulu sifariş etmək vacibdir. Qapağını açıb qoxulasan, əsl orqanik kakao ətrini duyacaqsan. Bu da hamısı deyil. Dadına baxanda əsl orqanik kakao və qovrulmuş fındığın krem balla qarışdıqda necə ləzzətli olduğunu görəcəksən. Qatqısız, dadlandırıcısız, tam təbii məhsul ŞOKOLADLI-FINDIQLI KREM BAL.

🔸️Məhsulun tərkibindəki kakao xam haldadır. “Xam kakao tozu kakao toxumlarının emal olunmadan üyüdülməsi ilə əldə olunur. Toxumlar qovrulmadan üyüdüldüyü üçün yüksək qida dəyəri və orijinal dadı ilə seçilir. Əlavə şəkər və ya dadlandırıcılar qatılmayıb”.
Kakao ağacı təbii olaraq Cənubi Amerika, Qərbi Afrika, Qərbi Hind adaları ilə bərabər tropik qurşaqda yetişir. Arxeoloji araşdırmalar Mərkəzi Amerikada kakaonun təxminən 4 min ilə yaxındır, yetişdirildiyini göstərir. Amerika yerliləri bu qidadan təbii müalicə üsulu olaraq istifadə edib, XVI əsrdən isə Avropa və “köhnə dünya”nın digər ölkələrinə yayılıb.
Kakao çoxsaylı faydalarına görə dünyanın hər yerində gündəlik istifadə olunan, həm də arzulanan qidaya çevrilib. Təmiz kakao və ondan hazırlanan məhsul keyfiyyətli qidalanmanın göstəricisi sayılır. Təəssüf ki, bu gün qida stendlərində satılan kakaolu məhsulların çoxunun tərkibində zərərli maddələr, keyfiyyətsiz yağlar, aşağı keyfiyyətli kakao var. “Balçı” olaraq məqsədimiz insanlara sağlıqlı qidalarla təmin etməkdir. Buna görə krem bala əlavə etdiyimiz kakao orqanik, xam kakaodur.

Ardı rəydə...

07/05/2026

🐝Dalaq balı çərçivələrini arı ailələrinə verdik.

🍯Dalaq balı təməl şan, mum istifadə edilmədən arı yuvasına sadəcə boş çərçivə qoymaqla əldə olunan baldır.
🍯Bu bal az və çətin əldə edilir deyə, digər ballardan baha olur. Dalaq balının şanını rahatlıqla udmaq olar.

Ağ bal - krem bal🍯 Bizdən tez-tez krem bal haqqında soruşurlar. Hamı üçün aydın olsun deyə, bu yazını hazırladıq. ☑️ Kre...
02/05/2026

Ağ bal - krem bal

🍯 Bizdən tez-tez krem bal haqqında soruşurlar. Hamı üçün aydın olsun deyə, bu yazını hazırladıq.

☑️ Krem bal 100% təbii baldır. Bu zaman balın xarlanma forması insanın istəyinə uyğun aparılır. Xarlanmış ballarda ağızda hiss ediləcək dənəciklər olur. Krem balı isə otaq temperaturunda saxladıqda çörəyin, peçenyenin üzərinə yer fındığı yağı kimi yaxılır. Balın krem bala çevrilməsi zamanı yalnız fiziki özəlliyində dəyişiklik baş verir, yeni dad, rəng və qatılıq qazanır. Keyfiyyəti isə olduğu kimi qalır.
☑️ Bal sevməyən uşaq krem balı sevə bilər. Krem balı övladlarınıza yeni və fərqli qida kimi təqdim edə bilərsiniz. Beləliklə onları keyfiyyətli və faydalı məhsulla qidalandırmış olacaqsınız.
☑️ Krem bal Avropa qida sənayesinin məhsuludur. E.C.Days ilk dəfə 1935-ci ildə krem balın patentini almışdır. Xüsusi rejimdə balın qarışdırılması ilə əldə edilir.
☑️ Sadə krem bal el arasında "ağ bal" kimi tanınır. Bu da rənginə görə verilən addır.

🔸 Ailənizin balçısı🔸

#мёд

28/04/2026

🐝 Arıları may balı üçün Ağdaşa köçürdük. Bu ilin ilk köçüdür.

🍯"Balçı"da yeni məhsul hazırlanması prosesi uzun çəkir. Biz məhsulun satışından çox keyfiyyətini düşünürük. Bir tərəfi b...
25/04/2026

🍯"Balçı"da yeni məhsul hazırlanması prosesi uzun çəkir. Biz məhsulun satışından çox keyfiyyətini düşünürük. Bir tərəfi baldırsa, tərkibinə qatılan digər qida seçimi də çox önəmlidir.

🍯Balqabaq tumlu krem balı hazırlayanda uzun müddət ən yaxşı tumu hardan ala bilərik, ən yaxşısı hansıdır deyə araşdırdıq. Özbəkistan istehsalı üzərində dayandıq. Daha keyfiyyətli, daha sağlıqlı, qiyməti isə bir az baha. Əsas keyfiyyətdir əlbəttə.

🧬Balqabaq tumu vitaminlər (A, B, C, K, D, E) və minerallarla (sink, maqnezium, dəmir, kaslium) zəngin olan çox faydalı bir qidadır. Balqabağın özü də, tumu da xalq təbabətində geniş istifadə edilir. Faydaları çoxdur. Onu üyüdüb "Balçı"nın balı ilə qatdıqda daha faydalı məhsul ərsəyə gəlir. Gəlin balqabaq tumunun faydaları haqqında oxuyaq:

🧔‍♂️Kişi sağlamlığında - sinklə zəngin olduğu üçün prostat vəzinin sağlamlığını qoruyur və iltihab riskini (prostatit, adenoma) azaldır.

🫀Ürək-damar sistemi - damarları möhkəmləndirir, xolesterolu tənzimləməyə kömək edir və ürəyin fəaliyyətini dəstəkləyir.

🪱Təbii qurdqovucu - xalq təbabətində bağırsaq parazitlərinə (qurdlara) qarşı effektiv vasitə kimi tanınır.

💪İmmunitet və enerji - tərkibindəki minerallar immuniteti gücləndirir, bədənin müqavimətini artırır və maddələr mübadiləsini sürətləndirir.

🫦Dəri və saç gözəlliyi - vitaminlər və sink sayəsində dərini cavanlaşdırır, saçların tökülməsinin qarşısını alır.

🧠Tərkibindəki maqnezium sinir sistemini sakitləşdirir, yuxu keyfiyyətini artırır və streslə mübarizədə köməkçi olur.

💸Əsas məsələyə gələk. Demək 900qr qablaşdırma 40 manatdır, 400qr 20 manat. Bura çatdırılma xidməti də daxildir. Açığı 900qr sizə də sərfəlidir, "Balçı"ya da. 😊

17/04/2026

🐝 Bir neçə gün əvvəl iki arı ailəsini birləşdirmişdik. Ailənin birinin anası qısır idi deyə öldürmüşdük. Digəri isə zəif idi. Birləşdirmə hər iki ailə üçün lazımlı idi. Bu gün yoxladıq, ailə rahat birləşib.

🍓Çiyələkli krem bal həm dadı, həm də teksturası ilə olduqca ləzzətli bir kombinasiyadır.​🍯 ​Krem bal, təbii balın xüsusi...
13/04/2026

🍓Çiyələkli krem bal həm dadı, həm də teksturası ilə olduqca ləzzətli bir kombinasiyadır.

​🍯 ​Krem bal, təbii balın xüsusi texnologiya ilə idarəolunan şəkildə xarlandırılması nəticəsində əldə edilir. Bu proses balın tərkibini dəyişmir, sadəcə ona kərə yağı yumşaqlığında bir forma qazandırır. Çörək üzərinə rahat yayılır, axmır və damcılamır.
❗️Kremləşmə heç bir qatqı maddəsi əlavə olunmadan balın öz faydalı elementlərini qoruyub saxlayır.

​🍓 ​Çiyələyin qurudulub toz halına salınaraq bala qatılması, məhsulu əsl vitamin anbarına çevirir.
✅️Çiyələk antosianinlərlə zəngindir ki, bu da hüceyrələri yeniləməyə və orqanizmi sərbəst radikallardan qorumağa kömək edir.
✅️​C Vitamini deposu olması immunitet sistemini gücləndirir və bədənin müqavimətini artırır.
✅️​Qurudulmuş meyvə hissəcikləri həzm prosesinə müsbət təsir göstərir.

🍯​​Bu iki təbii məhsulun birləşməsi orqanizm üçün bir çox üstünlüklər yaradır:
​✅️Balın tərkibindəki təbii şəkərlər və çiyələyin vitaminləri sayəsində gün ərzində itirilmiş enerjini sürətlə bərpa edir.
​✅️Süni rəngləndirici və şəkər əlavəli mürəbbələrə, pastalara ən sağlam və dadlı alternativdir.
​✅️Çiyələkdəki flavonoidlər və balın qan dövranına müsbət təsiri ürək fəaliyyətini dəstəkləyir.
​✅️Balı sevməyən uşaqlar üçün çiyələk ətri və çəhrayı rəngi ilə balı sevdirməyin ən asan yoludur.

🍚Bu qarışımı səhər yeməyində kərə yağı, qaymaq və ya kəsmiklə birlikdə istifadə etmək həm doyumculuğu artırır, həm də dad balansını mükəmməlləşdirir.

🐝​Hazırladığınız bu təbii məhsul həm süfrənizə rəng qatacaq, həm də sağlamlığınızın keşiyində duracaq!

💵 900qr 40₼, 400qr 20₼

🚵‍♂️ Çatdırılma var.

09/04/2026

🐝Arıçılıqda bəzən qəddar olmalısan. Elə arılar kimi. Qurban vermək lazımdır. Arılar öz xəstə bacılarını, ailə üzvlərini, qoca analarını öl..rür. Bu təbiətin onlara qazandırdığı instinktdir. Bəzən arıçı da arılar kimi davranır. Məcburən.

15/02/2026

🍽Elitar Clubda dostlar pətək bəl və qovutlu Xıdır Nəbi bayramını qeyd etdik.

#мёд

⛰Üç il öncə arıxananın ən böyük hissəsi Kəlbəcərdəydi. Bir qisim arını Qarayazı qoruğunda saxlamışdıq. Bunlar bölmələr, ...
12/11/2025

⛰Üç il öncə arıxananın ən böyük hissəsi Kəlbəcərdəydi. Bir qisim arını Qarayazı qoruğunda saxlamışdıq. Bunlar bölmələr, zəif arılar və bölmə üçün nəzərdə tutulan arılar idi. Göründüyü kimi Ağstafada saxladıqlarımızdan bal gözləmirdik. Onların təyinatı başqaydı.

🍯Kəlbəcər balını süzdük, arıları yaylaqdan endirdik. Yurdda qalan arıları yoxlayanda gördük ki, normal bal gəlib, amma rəngi tünd, dadı fərqlidir. Bir neçə yerlə maraqlandım balın rəng və qoxusu barədə. Çünki bizim regionda dümək olar bu cür bal olmurdu. Balı süzəsi olduq. Bu bal iyunun sonu, iyul və avqustun əvvəlinin balıydı. Ərazi isə Qarayazı qoruğu idi.

🏞Balı qablaşdırdıqda "Kür qırağı" adından istifadə etdik. Amma meşə balı sinifinə aid edirdik. Bal adlandırılmasının müxtəlif şərtləri var. Yerinə (Kəlbəcər balı), çiçəyə (cökə balı), zamana (may balı) və s. adlandırmalar olur. Meşə balı deyəndə arıların meşədən yığdığı bal nəzərdə tutulur. Bura həm də gəzəngini əlavə edirik. Gəzəngi ağaclardan, kollardan (çiçəkdən deyil) yığılan bala deyilir. İnsanlar üçün çox faydalı sayılır.

🍯Bu balı tanıdıqdan sonra artıq yay süzümü üçün Qarayazı qoruğunda güclü arılardan ibarət bir arıxana saxlayırıq. Peşman da deyilik. Həm yaxşı məhsul toplanır, həm də bu bal keyfiyyəti ilə seçilir. Kür qırağı balın daimi müştəriləri də yetərincədir.

🧪Meşə balında fenollar digər ballara nisbətən daha çoxdur. O cümlədən antioksidant təsirinə görə də başqa balları üstələyir. Hətta şabalıd balını da. Bu bal tünd, şabalıda çalan rənginə, karamelvari dadına, özünəməxsus qoxusuna görə seçmək olar. Dəmir, sink, kalium və fosfor kimi minerallarla zəngindir. İmmun sistemini gücləndirir, ürəyin fəaliyyətinə müsbət təsir edir.

Address

Baku

Telephone

+994552154353

Alerts

Be the first to know and let us send you an email when Balçı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Balçı:

Share