Nutrient MMC

Nutrient MMC Sağlam həyat mənbəyi

✨ Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mübarək! ✨Birlik, sevgi və sağlamlıq dolu 2025-ci il arzulayırıq....
31/12/2024

✨ Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mübarək! ✨

Birlik, sevgi və sağlamlıq dolu 2025-ci il arzulayırıq. Uğurlarınız daim olsun! 💚

🎉 2025-ci ildə yeni zirvələrə doğru! 🎉

Bu gün baş vermiş dəhşətli aviasiya qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara is...
25/12/2024

Bu gün baş vermiş dəhşətli aviasiya qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını diləyirik.

Bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin doğum günüdür. Dövlətimizin inkişafına, xalqımızı...
24/12/2024

Bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin doğum günüdür. Dövlətimizin inkişafına, xalqımızın rifahına və Qarabağın azadlığına yönəlmiş müdrik siyasətinə görə dərin minnətdarlıq hissi ilə təbrik edirik.

🇦🇿 Güclü Azərbaycan, firavan gələcək və milli birliyimiz üçün göstərdiyi səylər hər zaman yüksək dəyərləndirilir.

✨ Cənab Prezidentə möhkəm sağlamlıq, uzun ömür və uğurlar arzu edirik!

🕯 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev,...
12/12/2024

🕯 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü
1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, Azərbaycanın müstəqilliyini qoruyaraq inkişaf yolunda möhkəm təməllər qurdu.
Onun müdrik siyasəti və uzaqgörənliyi ölkəmizi çətin sınaqlardan çıxararaq sabitlik, tərəqqi və beynəlxalq nüfuz qazandırdı.

2003-cü ildə dünyasını dəyişən bu böyük liderin xatirəsi hər il 12 dekabr tarixində ehtiramla yad edilir.
🇦🇿 Heydər Əliyev irsi – Azərbaycan xalqının əbədi zənginliyidir.

Ruhunuz daim şad olsun! 🤍

Səhər və axşam qidalanma fərqləri ✅
29/11/2024

Səhər və axşam qidalanma fərqləri ✅

Soyuq Mövsümdə İmmunitetinizi Qoruyan Vitaminlər 🌬️💊❄️ Havalar soyuyur və immun sistemimiz bu dəyişikliklərə cavab vermə...
13/11/2024

Soyuq Mövsümdə İmmunitetinizi Qoruyan Vitaminlər 🌬️💊

❄️ Havalar soyuyur və immun sistemimiz bu dəyişikliklərə cavab vermək üçün daha çox dəstəyə ehtiyac duyur. Soyuq mövsümdə immunitetinizi gücləndirə biləcək əsas vitaminlərlə tanış olaq! 👇

C Vitamini 🍊
Güclü antioksidant olan C vitamini mikroblara qarşı müdafiə xəttinizi möhkəmləndirir. Portağal, kivi və brokoli kimi qidalarda bol olan bu vitamini rasionunuza daxil edərək xəstəliklərə qarşı dayanıqlığınızı artıra bilərsiniz.

D Vitamini 🌞
Günəş işığının azalması D vitamini səviyyəmizi aşağı sala bilər, bu isə immuniteti zəiflədə bilər. D vitamini bədəninizin infeksiyalara qarşı müqavimətini gücləndirir. Yumurtanın sarısı, balıq və əlavə vitaminlərdən yararlana bilərsiniz.

A Vitamini 🥕
A vitamini, bədəni mikroblardan qoruyan immun hüceyrələrini dəstəkləyir. Yerkökü, ispanaq və qırmızı bibərdə olan bu vitamini qəbul edərək xəstəliklərə qarşı əlavə bir qoruma təbəqəsi yarada bilərsiniz.

E Vitamini 🥑
E vitamini bədəninizi sərbəst radikallardan qoruyaraq hüceyrələri sağlam saxlayır. Qoz, badam və ispanaq kimi təbii mənbələrdən E vitamini qəbul edərək bədəninizi soyuq havalara hazırlaya bilərsiniz.

🌟 Sağlam qalmaq üçün bu vitaminlərlə zəngin qidaları gündəlik rasionunuza daxil edib, immunitetinizi möhkəm saxlayın!

🇦🇿 9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿"Bayrağımız, birliyimizin simvolu, qürurumuzun rəmzidir. Hər zaman ucalarda dalğalan...
09/11/2024

🇦🇿 9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿

"Bayrağımız, birliyimizin simvolu, qürurumuzun rəmzidir. Hər zaman ucalarda dalğalansın!"

9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə hər bir vətəndaşımızı təbrik edir, ölkəmizin və millətimizin əzəmətini bir daha yad edirik.

Ucal, Azərbaycan bayrağı!

8 noyabr 2020-ci il, Azərbaycan xalqının və Ordusunun böyük zəfəri ilə tarixə düşdü. Bu gün, qalibiyyətimizin ildönümüdü...
08/11/2024

8 noyabr 2020-ci il, Azərbaycan xalqının və Ordusunun böyük zəfəri ilə tarixə düşdü. Bu gün, qalibiyyətimizin ildönümüdür və biz bu zəfəri qəhrəmanlarımızın şücaəti ilə qeyd edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlıq arzulayırıq. 🇦🇿

🔖Rahat Həyatın Sirri: Mədə-Bağırsaq Sağlamlığına Diqqət Edin!
28/10/2024

🔖Rahat Həyatın Sirri: Mədə-Bağırsaq Sağlamlığına Diqqət Edin!

🔖Dəmirin Faydaları və VacibliyiDəmir, bədənimizin ehtiyac duyduğu ən vacib minerallardan biridir. Qırmızı qan və əzələ h...
25/10/2024

🔖Dəmirin Faydaları və Vacibliyi
Dəmir, bədənimizin ehtiyac duyduğu ən vacib minerallardan biridir. Qırmızı qan və əzələ hüceyrələrində yüksək miqdarda mövcuddur. Əsas qida mənbələri ət, balıq, lobya, ispanaq və taxıldır.

Dəmirin Funksiyaları 🔄
🔸 Oksigen Daşıma: Dəmir, qırmızı qan hüceyrələrinin oksigeni ağciyərlərdən bədənə daşımasına kömək edir.
🔸 Anemiyanın Qarşısını Alma: Aşağı dəmir səviyyəsi anemiya yarada bilər. Dəmir, anemiyanın müalicəsində əsas rol oynayır.
🔸 Digər Rollar: Dəmir ürək xəstəlikləri, yaddaş pozğunluqları, inkişaf problemləri və yorğunluq kimi hallarda da geniş istifadə edilir.

Dəmirin Faydaları 🌟
✨ Hemoqlobin istehsalını artırır;
✨ İmmuniteti gücləndirir;
✨ Dərinin qidalanmasına kömək edir;
✨ Yuxu keyfiyyətini yaxşılaşdırır;
✨ Yaddaşı təkmilləşdirir;
✨ Yorğunluğu azaldır;
✨ İdman performansını artırır;
✨ Saç sağlamlığına dəstək olur.

Lazımından Artıq Dəmir İstehlakının Zərərləri ⚠️
Həddindən artıq dəmir istehlakı aşağıdakı problemlərə yol aça bilər:
🚨 Ürəkbulanma;
🚨 Qarın ağrısı;
🚨 Qəbizlik;
🚨 İshal;
🚨 Qusma;
🚨 Mədə iltihabı.

Bunlara Diqqət Yetirin ⚕️
Dəmir istehlakını həkim məsləhəti ilə tənzimləyin, çünki tövsiyə olunan dəmir miqdarı yaşa və cinsə görə dəyişir. Dəmir anemiyası daha çox qan itirənlərdə və vegeterianlarda rast gəlinir. Simptomları: yorğunluq, zəiflik və enerji çatışmazlığı.

Dəmir sağlamlığınız üçün vacibdir! 🌱

🔖 D vitamini çatışmazlığı və həlli yolları
24/10/2024

🔖 D vitamini çatışmazlığı və həlli yolları

Xroniki Yorğunluq: Enerjinizi Yenidən Qazanın! ⚡🔖Xroniki yorğunluq, müasir həyatın ən geniş yayılmış problemlərindən bir...
23/10/2024

Xroniki Yorğunluq: Enerjinizi Yenidən Qazanın! ⚡

🔖Xroniki yorğunluq, müasir həyatın ən geniş yayılmış problemlərindən biridir. Uzun müddət davam edən yorğunluq və enerjisizlik, bədənin fiziki və zehni yorğunluğu ilə müşayiət olunur. Bu vəziyyətin əsas səbəbləri:

🧠 Stres
🌜 Qeyri-düzgün Yuxu Rejimi
🥗 Balanssız Qidalanma

Yorğunluğun azaldılması üçün tədbirlər:

Düzgün Qidalanma: Balanslı qidalanma və kifayət qədər su qəbul etmək yorğunluğu azaldır. 💧

Kiçik İstirahət Fasilələri: Gün ərzində kiçik fasilələrlə istirahət bədənin enerji ehtiyatlarını bərpa edir. ⏸️

Hormonal Balans: D vitamini və maqnezium çatışmazlığı yorğunluğun əsas səbəblərindən biridir. L-Tirozin bu balansı yaxşılaşdırmağa kömək edir, çünki hormonların istehsalını dəstəkləyir və stresin azaldılmasına kömək edir, beləliklə, enerjinizi artırır və yorğunluğu azaldır. ⚖️🌟

Mütəmadi Yuxu: Yuxu rejiminizi nizamlayın və stressi idarə edin. 😴

İdman: İdman hərəkətləri bədənin oksigenlə təmin edilməsini yaxşılaşdırır və yorğunluğu azaldır. 🏃‍♀️

Zehni Rahatlıq: Zehni rahatlaşdıran məşğələlər və meditasiya yorğunluğun azaldılmasına kömək edir. 🧘

Xroniki yorğunluğun müalicəsi, həyat tərzində dəyişikliklər tələb edir. Enerjinizi bərpa etmək üçün bu tövsiyələri izləyin və həyatınıza yenidən güc qatın! 💪🌟

Address

Ziya Bünyadov Pr, 1965. Çinar Park Biznes Mərkəzi
Baku
AZ1075

Alerts

Be the first to know and let us send you an email when Nutrient MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share